"Başqasının ərini əlindən alır..."

"Başqasının ərini əlindən alır..."

Əməkdar artist Elza Seyidcahan “Günəbaxan” verilişində qadın zorakılığından danışıb

RealNew.Az axsam.az-a istinadən xəbər verir ki, müğənni saxta nikahları, qanunsuz uşaq dünyaya gətirənləri pisləyib:

“Bu günlərdə eşitdik ki, Türkiyədə Özgəcan adlı gənc qızın başına oyun açıb, zorlayıblar. O cür günahkarlara cəza verməsinlər. Belə zorakılıq törədənləri, edam etsinlər. Başqaları da onlara baxsın, qorxsun. Suriyada oğurluq edənin əli kəsilir. Bu gözəl haldır. Bəzi qadınlar da var ki, kişini zorakılığa sövq edir. Belə halları nəzərdə tutmuram. İndi çoxları saxta ərə gedir. Çıxıb efirə deyirlər ki, uşağımın atasının kimliyin deməyəcəm, tapın görüm kimdir? Bunlar biabırçılıqdır. Gedib başqasının ərini əlindən alır, sonrada efirə çıxıb deyirlər ki, ailə hüquqlarını müdafiə edirik”.

23-02-2015, 21:37



Fikirlər