Toylarına 100 yetim və əlil uşaq dəvət etdilər- İbrətamiz-FOTO

Toylarına 100 yetim və əlil uşaq  dəvət etdilər- İbrətamiz-FOTO

Qırğızıstanda 21 yaşlı Rahmatullo Seyidakmatov özü üçün qeyri-adi bir toy təşkil edib.



Moderator.az-ın Ummamag.kg saytına istinadla verdiyi xəbərdə deyilir ki, təzəbəy 19 yaşındakı gələcək xanımı Munira Alimkulova ilə birgə həyatlarının bu ən şad gününü qeyd etmək üçün "Ak-Jol" uşaq reabilitasiya mərkəzindəki əlil və yetim uşaqları da dəvət edib.



"Tədbiri planlaşdırarkən valideynlərimə və qohumlarıma ailəmiz üçün bu sevincli gündə qayğı və sevgiyə ehtiyacı olan yetim və əlil uşaqları dəvət etməyi təklif etdim. Onlar məni dəstəklədi və hətta belə bir təşəbbüsə çox sevindilər"-deyə Seyidakmatov bildirib.



Bu minvalla toy mərasiminə valideynlərlə birlikdə qohum-əqrəbadan cəmi 20 nəfər qatılıb. Qalan 100 qonaq isə uşaq reabilitasiya mərkəzindən dəvət edilmiş yetim və əlil çocuqlar olub.



Təzəbəyin sözlərinə görə, o, son 4 ildə mütəmadi reabilitasiya mərkəzini ziyarət edir, uşaqlarla görüşür, onlara hədiyyələr verir.



"Dinimiz İslam aid bir çox kitablar oxuyuram və orada yazılan hər şey mənim şüurumda, ruhumda dərin iz qoyur. İslama görə, yetim çocuqlara kömək etmək də nəcib bir əməldir "- deyə Seyidakmatov vurğulayıb.

29-01-2019, 09:57



Fikirlər