Yeni "Tufan" sərhəd gözətçi gəmisi xidməti-döyüş fəaliyyətinə baş­ladı (FOTO)

Yeni "Tufan" sərhəd gözətçi gəmisi xidməti-döyüş fəaliyyətinə baş­ladı (FOTO)

2019-cu il yanvarın 10-da Azərbaycan Prezidenti, Silahlı Qüv­vələrin Ali Baş Komandanı İlham Əliyevin baxış keçirdiyi Dövlət Sər­həd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa edilmiş S-206 nömrəli "Tufan" tipli sərhəd gözətçi gəmisi yanvarın 23-də Xəzər dənizinə endirilib və xidməti-döyüş fəaliyyətinə baş­layıb.

DSX-nin Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi, neft-qaz ha­silatı və daşın­ması infrastrukturunun etibarlı mühafizəsinin təşkili üzrə vacib vəzifələri yerinə yetirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə­sinin xid­məti-döyüş imkanlarının gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, yeni gəmi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı mübarizə kompleksi, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib. Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən, itisürətli qayıqla təchiz edilmiş və 62 metr uzunluğunda olan sərhəd gözətçi gəmisinin dəniz şəraitində göyərtəsinə helikopterin enməsi mümkündür. Yeni gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhəd sularında rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə olunacaq.

Yeni "Tufan" sərhəd gözətçi gəmisi xidməti-döyüş fəaliyyətinə baş­ladı (FOTO)
Yeni "Tufan" sərhəd gözətçi gəmisi xidməti-döyüş fəaliyyətinə baş­ladı (FOTO)
Yeni "Tufan" sərhəd gözətçi gəmisi xidməti-döyüş fəaliyyətinə baş­ladı (FOTO)

24-01-2019, 09:46



Fikirlər