Prezident İlham Əliyev estoniyalı həmkarını təbrik etdi

Prezident İlham Əliyev estoniyalı həmkarını təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Estoniya Respublikasının Prezidenti Zati-aliləri cənab Toomas Hendrik İlvesə təbrik məktubu ünvanlayıb.

RealNews.Az AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Dostum,

Estoniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Estoniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

23-02-2015, 21:10



Fikirlər