Los Ancelesdə 30 mindən çox müəllim tətil keçirir

Los Ancelesdə 30 mindən çox müəllim tətil keçirir

ABŞ-ın Los Anceles şəhərində dövlət məktəblərinin 30 mindən çox müəllimi tətil keçirir.

Realnews.Az Trend-ə istinadən xəbər verir ki, ötən həftədən etibarən başlayan tətil bu gün də davam etdiriləcək.

Müəllim həmkarlar təşkilatının şəhər meriyası ilə danışıqları başlasa da, müəllimlər bütün şərtlər yerinə yetirilməyənədək tətili davam etdirəcəklərini bildirib.

Qeyd olunur ki, son 30 ilin ən irimiqyaslı tətilinin iştirakçıları əmək haqlarının artırılmasını və iş yükünün azaldılmasını tələb edirlər.

22-01-2019, 14:12



Fikirlər