Gəbəbəydə qadın qonşusunun evini yağmaladı

Gəbəbəydə qadın qonşusunun evini yağmaladı
Gədəbəyli qadın qonşusunun 6 min manatlıq qızıl-zinət əşyalarını oğurlayıb
Gədəbəy polisi qonşusunun mənzildən xeyli miqdarda qızıl-zinət əşyaları oğurlayan qadını saxlayıb. Həmin qadın mənzil sahibinin evdə olmamasından sui-istifadə edərək oradan nə az - nə çox düz 6 min manatlıq qiymətli əşya oğurlayıb.

RealNews.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gədəbəy rayonunun Slavyanka kənd sakini Natalya Nikolayevna noyabr ayının 7-də şəxsi işləri ilə əlaqədər paytaxt Bakıya yollanıb. Həmin vaxt mənzilinə nəzarəti isə qonşuya həvalə edib. Bu zaman təmbəllik etməyən qonşu ev sahibinin uzaqda olmasından istifadə edərək ona məxsus qızıl-zinət əşyalarını gizli yolla talayıb.

Natalya Nikolayevna: “Evə gələndə qızıma dedim ki, bax gör qızıllar yerindədirmi. Baxdı, dedi ki, yoxdur, aparıblar. Tez polisə zəng etdik”.

Zərərçəkənin ərizəsi əsasında əməliyyat tədbirlərinə başlayan Gədəbəy polisi cinayətin üstünü qısa zamanda aça bilib. Məlum olub ki, 50 yaşlı Səməngül Ələsgərova qonşusuna məxsus qızıl-zinət əşyalarını oğurlayaraq müxtəlif şəxslərə satıb.

İbrahim Hüseynov, Gədəbəy rayon Polis Şöbəsinin İQ-nun baş müstəntiqi: “Cinayəti törədən Səməngül Ələsgərova tərəfimizdən saxlanılıb. Onun oğurladığı qızıl-zinət əşyaları da müəyən edilərək maddi sübut kimi götürülüb”.
Saxlanılan Səməngül Ələsgərova əməlinə görə özünü təqsirli bilib və ifadəsində oğurluğa səbəb kimi imkansız olmasını göstərib.

Səməngül Ələsəgərova: “Natalya Nikolayevnanın evinə girdim, qızılları götürdüm. İki gündən sonra isə aparıb kolun arasına gizlətdim”.
Oğurluq faktını Gədəbəy polisi araşdırır.

8-12-2014, 20:44



Fikirlər