Ramil Usubov daha bir rəisin yerini dəyişdi

Ramil Usubov daha bir rəisin yerini dəyişdi

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov yeni təyinatlarla bağlı əmr verib.

Qafqazinfo xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin rəisi, polkovnik Şəmşir Kazımov yanvarın 15-də vəzifəsindən azad olunub. Hazırda onun vəzifəsini İdarənin əməliyyat işləri üzrə rəis müavini icra edir.

Ş.Kazımov isə İsmayıllı Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Bir neçə gün öncə İsmayıllı RPŞ-nin rəisi Telman Ağasiyev vəzifəsindən çıxarılaraq nazirliyin Baş Cinayət Axtarışı İdarəsinə təyinat alıb.

17-01-2019, 14:49



Fikirlər