“Üçüncü günün adamı” filmi “YARAT”da

“Üçüncü günün adamı” filmi “YARAT”da

Yanvarın 22-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Üçüncü günün adamı” filmi nümayiş ediləcək.

AZƏRTAC xəbər verir ki, Babək Şirinsifətin quruluşunda təqdim ediləcək ekran əsərinin xronometrajı 90 dəqiqədir. Film Azərbaycan dilində nümayiş olunacaq.

Həyatının 17 ilini həbsxanada keçirmiş Sadıq şərti olaraq azadlığa buraxıldıqdan sonra keçmişi ilə bağlı onu narahat edən suallara cavab tapan zaman seçim qarşısında qalır.

17-01-2019, 12:06



Fikirlər