İcra Hakimiyyəti polisi təkzib etdi: “Rəsulzadənin barelyefi oğurlanıb”

İcra Hakimiyyəti polisi təkzib etdi: “Rəsulzadənin barelyefi oğurlanıb”

"Məlumat dəqiqdir, yanvar ayının 15-nə keçən gecə Məhəmməd Əmin Rəsulzadənin yaşadığı Novxanı kəndində yerləşən, hazırda uşaq bağçası kimi fəaliyyət göstərən evinin çöl hissəsinə vurulmuş baralyefi oğurlanıb”.

Bu məsələni Modern.az-a Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımbəyli təsdiqləyib. O qeyd edib ki, faktla bağlı araşdırma aparılır:

"Bundan əlavə Novxanı bələdiyyəsinə yeni baralyefin hazırlanıb yerinə asılması ilə bağlı göstəriliş verilib. Yaxın günlərdə yeni baralyef asılacaqdır”.

Qeyd edək ki, Abşeron rayonu Polis İdarəsindən Modern.az-a verilən açıqlamada "Məlumat dəqiqdir, yanvar ayının 15-nə keçən gecə Məhəmməd Əmin Rəsulzadənin yaşadığı Novxanı kəndində yerləşən, hazırda uşaq bağçası kimi fəaliyyət göstərən evinin çöl hissəsinə vurulmuş baralyefi oğurlanıb” deyilib.

16-01-2019, 15:31



Fikirlər