Bakıda piyadaya qarşı insanlığa sığmayan hərəkət edən sürücü danışdı - VİDEO

Bakıda piyadaya qarşı insanlığa sığmayan hərəkət edən sürücü danışdı - VİDEO

Piyadanı vuran sürücü onu xəstəxanaya aparmaq adı ilə avtomobilinə mindirsə də yarı yolda ataraq qaçıb.

Hadisə ayın 12-də axşam saatlarında Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində olub. Avtomobil Sabunçu qəsəbə sakini 18 yaşlı İntiqam Məmmədov vurub. Polis əməkdaşları əməliyyat-axtarış tədbiri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "Mercedes" markalı avtomobilin sürücüsü, paytaxt sakini Eldar Əliyevi saxlayıb. Araşdırma zamanı müəyyən edilib ki, qəzadan sonra sürücü piyadanı hadisə şahidlərinin köməkliyi ilə idarə etdiyi avtomobilə mindirib və onu xəstəxanaya aparacağını bildirib.

Amma sürücü hadisə yerindən bir neçə yüz metr kənarlaşandan sonra vurduğupiyadanı maşından düşürüb. Daha sonra isə Eldar Əliyev huşu özündə olmayan zərərçəkəni köməksiz vəziyyətdə yol kənarına ataraq oradan uzaqlaşıb.

Zərərçəkənin yaxınları Sabunçu Rayon Polis İdarəsinə məlumat verəndən sonra piyadanın axtarışlarına başlanılıb. İntiqam Məmmədov qəzanın səhəri günü polislər tərəfindən yaralı halda atıldığı yerdən tapılaraq xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti ağır olaraq qalır. İstintaq zamanı müəyyən olunub ki, Eldar Əliyev bir neçə il əvvəl də piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətdiyi üçünməhkəmənin qərarı ilə məhkum olunub.

Qeyd olunan faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

15-01-2019, 09:11



Fikirlər