Neftçalada qonşular arasında bıçaqlanma

Neftçalada qonşular arasında bıçaqlanma

Neftçalada rayon sakini qonşusu tərəfindən bıçaqlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Surra kəndində qeydə alınıb.

1983-cü il təvəllüdlü kənd sakini Günəşov Ramil Zakir oğlu 1976-ci il təvəllüdlü qonşusu Ələkbərov Tərlan İmran oğlu tərəfindən aralarında yaranmış mübahisə zamanı bıçaqlanıb. Yaralı R.Günəşov Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır

14-01-2019, 11:52



Fikirlər