Qubada faciəvi şəkildə ölən çempionun FOTOsu - Böyük dərddir

Qubada faciəvi şəkildə ölən çempionun FOTOsu - Böyük dərddir

Azərbaycan Kikboksinq Federasiyasının üzvü, "Şahdağ Quba" idman klubunun kikboksçusu, "Baku Open" 2018 turnirinin qalibi Coşqun Qasımov avtomobil qəzasında dünyasını dəyişib

Milli.Az xəbər verir ki, bu barədə məlumatı ölkə.az-a federasiyasının vitse-prezidenti, dünya çempionu Güloğlan Cabbarov verib:

"Quba şəhərində maşın qəzasında həyatını itirən gənc kikboksçumuza Allah rəhmət eləsin. Mərhum kikboksçu məşqlərini "Şahdağ Quba" idman klubunun baş məşqçisi Telman Məhərrəmovun yanında davam etdirirdi. Böyük dərddir. Federasiyasının perspektivli idmançılarımızdan sayılırdı. Onun uğurları qarşıda idi.
Azərbaycan kikboksinqinin və ölkə idmanının başı sağ olsun".

11-01-2019, 11:01



Fikirlər