“Real Madrid” “Leqanes”ə dərs keçdi

“Real Madrid” “Leqanes”ə dərs keçdi

İspaniya Kuboku uğrunda 1/8 final matçında "Real Madrid" doğma meydanda "Leqanes"i qəbul edib.

Realnews.Az Trend-ə istinadən bildirir ki, ev sahibləri 3:0 hesabı ilə qalib gəlib.

Oyunda hesabı 44-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Ramos açıb. 68-ci dəqiqədə Lukas Vaskes fərqlənib. 77-ci dəqiqədə isə Vinisius üçüncü qolu vurmaqla yükun hesabı müəyyənləşdirib.

Mərhələnin ikinci matçı 17 yanvarda keçiriləcək.

10-01-2019, 11:20



Fikirlər