Xalaoğlu xalaoğlunu qətlə yetirdi

Xalaoğlu xalaoğlunu qətlə yetirdi

Gəncədə dəhşəti qətl hadisəsi baş verib.
“Ölkə.Az” xəbər verir ki,qanlı hadisə Gəncə şəhərindəki çay evlərinin birində baş verib. Şəhər sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədov aralarında yaranan münaqişə zəminində orada işləyən xalası oğlu, əvvəllər məhkum olunmuş Valeh Zeynalovu bıçaqla qətlə yetrib.
Daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Məmməd Məmmədov hadisəni törətməkdə şübhəli bilinənrək saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanmışdır. Araşdırma aparılır.

8-01-2019, 15:44



Fikirlər