Azərbaycanda dolların satışı ilə bağlı rəsmi məlumat

Azərbaycanda dolların satışı ilə bağlı rəsmi məlumat

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin dekabr ayı ərzində 677,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bu barədə Anews.az-a Fonddan bildirilib.

ARDNF tərəfindən 2018-ci ilin noyabr ayı ərzində 654,1 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, Noyabr ayı ilə müqayisədə Dekabrda valyuta satışı 23 milyon dollar artıb.

Ötən il ərzində hərraclarda 6 milyard 460,4 milyon ABŞ dolları satıb.

2018-ci ildə dolların ən böyük satışı aprel (802,6 milyon dollar) və avqust (733,7 milyon dollar) aylarında, ən az dollar satışı isə yanvar (299,1 milyon dollar) və fevral (364,1 milyon dollar) aylarında baş verib. Təkcə son iki ayda – noyabr və dekabrda 1,3 milyard dollardan artıq valyuta satılıb.

Qeyd edək ki, 2017-ci ildə ən çox valyuta satışı dekabr ayında baş vermişdi - 584,8 milyon dollar. Ən kiçik satış isə noyabrda baş verib - 208,9 milyon dollar.

Orta hesabla 2018-ci ilin hər ayında 538 milyon dollar satılıb. 2017-ci ildə isə bu göstərici 299,8 milyon dollar təşkil edib.

8-01-2019, 15:22



Fikirlər