DSMF sədri: “Manatın ucuzlaşması pensiya təminatında problem yaratmayacaq”

DSMF sədri: “Manatın ucuzlaşması pensiya təminatında problem yaratmayacaq”

Manatın məzənnəsinin aşağı düşməsi pensiya təminatında heç bir problem yaratmayacaq.



“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sösial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib.



“Ümumiyyətlə iqtisadiyyatda baş verən proseslər, o cümlədən manatın məzənnəsi ilə bağlı baş verənlər pensiya sisteminə heç bir təsir göstərmir. Çünki pensiya sisteminin bazar iqtisadiyyatı mühitində fiskal təsirlərdən qorunma mexanizmləri var. Bunlar baza iqtisadiyyatı sistemində pensiya sistemini mənfi fiskal təsirlərdən, o cümlədən inflyasiyanın qorunması mexanizmini ifadə edir. Bu gün DSMF-nin göstəricilərinə diqqət yetirdikdə neftin qiymətinin dəyişməsi iqtisadiyyatda baş verən digər proseslərin təsir etmədiyini müşahidə edə bilərsiniz. Fond il ərzində qrafik üzrə pensiya maliyyələşməsini vaxtından əvvəl yerinə yetirib”, - deyə fond sədri bildirib.



E. Mehdiyev deyib ki, cari ilin həm yanvar, həm də fevral ayında pensiyaların maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb.

18-02-2015, 20:30



Fikirlər