"Mercedes"lə "Toyota"nı əzdilər, yaralandılar

"Mercedes"lə "Toyota"nı əzdilər, yaralandılar Mingəçevirdə “Mercedes” və “Toyota” toqquşub.

Mingəçevir şəhərində avtomobil qəzası baş verib. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə Nəriman Nərimanov prospektində qeydə alınıb. Mingəçevir şəhər sakini İxtiyar Sarı oğlu Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Pərviz Nurəddin oğlu Ələkbərovun idarə etdiyi “Toyota” markalı avtomobil toqquşub. Qəza zamanı sürücülər yüngül xəsarət alıblar. Avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

18-02-2015, 17:04



Fikirlər