Nadir Qafarzadə: "Bıçaq yarası keçər..."

Nadir Qafarzadə: "Bıçaq yarası keçər..." Müğənni Nadir Qafarzadə Türkiyədə yeni layihə həyata keçirəcək.

Milli.Az.az-a açıqlama verən ifaçı bildirib ki, o, artıq bununla əlaqədar olaraq İstanbula yola düşüb:

“Artıq Türkiyədəyəm. Səfərimin əsas məqsədi yaradıcılıq işlərimlə bağlıdır. Bir çoxları bilirlər ki, bir çox mahnılarımı Türkiyədə lentə aldırıram. Burada olan texnika mənim ürəyimcədir. Yeni bir layihə üzərində çalışıram. Bu proyektin nədən ibarət olduğunu demək istəmirəm. Çünki ideyamı mənimsəyənlər ola bilər. Şou aləminin lazımsız söhbətləri, qalmaqallarından kənar gəzməyi daha üstün tuturam. Amma buna baxmayaraq adımı “qalmaqallı müğənni” qoyublar. Mən qalmaqallı müğənni yox, düz sözü deyən ifaçılardanam. Mənə qarşı çaşanların qapazını sözümlə vururam. Belə bir deyim var: “Bıçaq yarası keçər, amma söz yarası əsla”. Mən bu fikirlə razıyam”.

18-02-2015, 14:57



Fikirlər