İstanbul-Bakı aviareysi də təxirə salındı

İstanbul-Bakı aviareysi də təxirə salındı"Türk Hava Yolları" aviaşirkəti İstanbul-Bakı marşrutu üzrə reysi təxirə salıb.

Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildirilib.

Aeroportdan deyiblər ki, İstanbuldan saat 13:20-də icra edilməli olan reys təxirə salınıb. Həmin reyslə uçmalı olan sərnişinlər isə saat 19:40-da Bakıya başqa təyyarə ilə gələcəklər.

Hələlik axşam reysinin ləğv edilməsi ilə bağlı məlumat yoxdur.

18-02-2015, 14:53



Fikirlər