"Məni döysələr, söysələr də…" - Flora Kərimova

"Məni döysələr, söysələr də…" - Flora Kərimova

Ötən gün Xalq artisti Flora Kərimova "Bizimləsən" proqramında qonaq olub. Realnews.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, müğənni verilişdə illər əvvəl başına gələn hadisədən danışıb:

"Mənim həyatımda çox böyük faciələr olub. Artıq oğlumun 50 yaşı var. Ona qurban olaram. Bir dəfə böyük bir anlaşılmazlıq olmuşdu. Həmin məsələni aydınlaşdırmaq istəyirdim. Oğlumu və qızımı yanıma çağırdım. Oğluma dedim ki, mən gedirəm, döysələr, söysələr, işgəncə versələr sən digər otaqda olarsan, yanıma gəlməzsən. Məsələ öldürmək səviyyəsində idi. Amma oğlum harayla qışqırdı, yanıma gəldi. Söylədim ki, nə badə yanıma gələrsən. Çünki mən bilirdim ki, oğlumun əliylə mənə pislik edə bilərdirlər".

26-12-2018, 13:34



Fikirlər