Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Tahir müəllim peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır - ÖZƏL

Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Tahir müəllim peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır - ÖZƏL





Mənzərə Memmedova








Mənzərə Məmmədova
Realnews.az kollektivi və rəhbərliyi adından Tahir müəllimi Beyləqan rayon Təhsil Şöbəsinin müdiri təyin edilməsi münasibətilə təbrik edirik!



İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Tahir müəllimi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Tahir müəllimdir.


Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Tahir müəllim peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli müdir peşəsinə yiyələnən Tahir müəllim bu işin müqəddəsliyini qoruyub saxlayır. Tahir müəllim kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Tahir müəllimdən danışdılar yaxşı ki, Tahir müəllim Beyləqan rayon Təhsil Şöbəsinin müdiri təyin olunub… Tahir müəllim öz isguzarlığı ilə tanınır və seçilir….


Tahir müəllim Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Tahir müəllimi heç vaxt əqidəsindən döndərə bilməz.

Tahir müəllim böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Tahir müəllim yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Tahir müəllim ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Tahir müəllimin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Tahir müəllim insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Tahir müəllim bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Beyləqan rayon Təhsil Şöbəsinin müdiri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün postlarda Tahir müəllim özünü doğruldub. Bizdə hörmətli Tahir müəllimi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

26-12-2018, 11:43



Fikirlər