Bakı-Quba yolunda ağır qəza:

Bakı-Quba yolunda ağır qəza:Bakı-Quba yolunda ağır yol qəzası baş verib.



Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Bakı-Quba yolunun 11-ci kilometrliyində, Abşeron rayonu ərazisində qeydə alınıb. “Azsamand” markalı avtomobilin yük maşını ilə toqquşması nəticəsində minik maşınının sürücüsü və sərnişini hadisə yerindəcə dünyasını dəyişib. Onların kimliyi hələlik müəyyənləşməyib.



Faktla bağlı araşdırma aparılır.

16-02-2015, 20:17



Fikirlər