Vətəndaşlar təhsil nazirindən nə istədilər?

Vətəndaşlar təhsil nazirindən nə istədilər?Təhsil naziri Mikayıl Cabbarov Mingəçevirdə Yevlax, Bərdə, Ağdaş rayonlarında yaşayan vətəndaşları qəbul edib. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, keçirilən qəbulda vətəndaşlar, əsasən müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı və digər məsələlərlə əlaqədar müraciət ediblər.

Qəbulda 71 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.

16-02-2015, 20:12



Fikirlər