Bakıda Avropa çempionatı keçirilə bilər

Bakıda Avropa çempionatı keçirilə bilər
Avropa Cüdo Federasiyası Şotlandiyanın Qlazqo şəhərində keçirilməsi nəzərdə tutulmuş qitə çempionatının Bakıda, 1-ci Avropa Oyunları çərçivəsində təşkil edilməsini nəzərdən keçirir.

Milli.Az bildirir ki, bunu Avropa Cüdo İttifaqının rəhbəri Sergey Soloveyçik deyib.

Avropa Cüdo Çempionatının Bakıda keçirilməsi ilə bağlı qərar fevralın 25-dək qəbul olunmalıdır.

Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarının reytinq turniri olan Avropa Cüdo Çempionatının keçirilməsi nəzərdə tutulan Qlazqo şəhərinin bu hüquqdan ləğv edilməsinin səbəbi Britaniya Cüdo Assosiasiyasının müqavilə öhdəliklərinə əməl etməməsi ilə bağlıdır.

"Avropa çempionatının keçirilməsi ilə bağlı müqavilənin bir sıra hərtlərinin Britaniya tərəfindən pozulmasın nəzərə alan Avropa Cüdo Federasiyasının direktorlar şurası müqavilənin ləğvinə və Qlazqoda çempionatın keçirilməməsinə qərar verib.

Fransa, Hollandiya, Türkiyə, Finlyandiya cüdo federasiyalarından çempionatın keçirilməsi ilə bağlı təkliflər almışıq. Eyni zamanda qitə çempionatının Bakıda keçiriləcək 1-ci Avropa Oyunları çərçivəsində təşkil olunmasını da nəzərdən keçiririk", - S.Soloveyçik deyib.

1-ci Avropa Oyunları Bakıda iyunun 12-28-i tarizində keçiriləcək. Proqramda idmanın 20 növü üzrə yarışlar var ki, onların 16-sı Olimpiym idman növləridir.
239 medal dəsti uğrunda 6 mindən artıq idmançı mübarizə aparacaqlar.

15-02-2015, 22:28



Fikirlər