Yolu keçmək istəyən piyadanı maşın vurdu

Yolu keçmək istəyən piyadanı maşın vurdu











Gəncədə ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib. Kəpəz Televiziyası (Region TV) xəbər verir ki, hadisə ötən gün saat 20:00 radələrində şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb. Gəncə şəhər sakini, 26 yaşlı Xəqani İsgəndərov idarə etdiyi “Wolksvagen Touareg” markalı avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada 55 yaşlı Azər Məsimovu vurub. Zərərçəkən zərbənin təsirindən elə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

15-02-2015, 22:24



Fikirlər