Paşinyan Türkiyə və Qarabağla bağlı MÖVQEYİNİ AÇIQLADI: "İlkin şərt olmadan..."

Paşinyan Türkiyə və Qarabağla bağlı MÖVQEYİNİ AÇIQLADI: "İlkin şərt olmadan..."

Ermənistanda növbədənkənar parlament seçkilərində qalib gələn Nikol Paşinyan Türkiyə və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib.

Paşinyan Türkiyə ilə münasibətlərin normallaşması ilə bağlı yeni bir addım atmayacağını açıqlayıb.

“Türkiyə ilə münasibətlərimiz Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Ermənistanla Azərbaycan arasındakı münaqişə Türkiyə ilə Ermənistanın münasibətlərinə də təsir edir. Əvvəl də açıqlamışdım. Türkiyə ilə ilkin şərt olmadan münasibətlər qurmağa hazırıq. Ümid edirəm Türkiyə də buna hazırdır”, - deyə Paşinyan bildirib.

Paşinyan Qarabağ münaqişəsinin həll olunacağına ümid etdiyini qeyd edib.

“Bu problemi həll etməyə ümid edirik. Sülh yolu ilə həll variantını güclü şəkildə dəstəkləyirik”, - deyə Paşinyan Ermənistanın işğalçı tərəf olduğunu həmişə olduğu kimi gizlətməyə çalışıb.

Qeyd edək ki, Türkiyə Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanla bütün diplomatik əlaqələri kəsib. Rəsmi Ankara əlaqələrin qurulması üçün ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün bərpası tələbini irəli sürür.(publika.az)

11-12-2018, 13:12



Fikirlər