Qubada daha bir gənc itkin düşüb - Son 10 gündə 2 gənc yoxa çıxıb - FOTO

Qubada daha bir gənc itkin düşüb - Son 10 gündə 2 gənc yoxa çıxıb - FOTO

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Milli.Az-a verilən məlumata görə, Quba rayonunun Aşağı Atuc kənd sakini, 19 yaşlı Elmar Məmmədov dekabr ayının 7-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Elmar Məmmədovun əlamətləri belədir: Boyu 180-185 sm., orta bədən quruluşlu, ağbəniz və uzunsov sifətli, saçlarının rəngi şabalıdı, sol qolunun bilək nahiyyəsində əməliyyat izləri var. Evdən çıxan zaman onun əynində qara rəngli qış gödəkcəsi və qara rəngli qış ayaqqabıları olub.

Şəkildə gördüyünüz gənci tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Quba Rayon Polis Şöbəsinə 02333-5-35-11; 02333-5-43-02 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, Quba rayon rayon Vladimirovka kənd sakini, 17 yaşlı Əziz Qasımov da bir neçə gün öncə itkin düşüb. O, dekabr ayının 1-də səhər saatlarında təhsil aldığı Quba rayon Dövlət Sosial İqtisadi Kollecə gedib, lakin dərs saatları bitdikdən sonra təhsil müəssisəsindən çıxaraq geri qayıtmayıb.

11-12-2018, 11:25



Fikirlər