63 yaşlı qadının daha bir cinayət əməli üzə çıxdı

63 yaşlı qadının daha bir cinayət əməli üzə çıxdıSumqayıtın 63 yaşlı qadın sakininin daha bir cinayət əməli müəyyən edilib
Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, BŞBPİ Cinayət-Axtarış İdarəsi və Nərimanov rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi əməkdaşlarının birgə keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il cibgirlik yolu ilə oğurluq cinayətlərində şübhəli bilinən dəstənin qadın üzvünün daha bir cinayət əməli müəyyən edilib.

Bəlli olub ki, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi tərəfindən tutulan Sumqayıt şəhər sakini, 1952-ci il təvəllüdlü Məleykə Şamilova 2014-cü il noyabrın 11-də səhər saatlarında Ə.Ağaoğlu küçəsində Bakı şəhər sakini, Vəsilə Muradovanın da əl çantasından 200 manat, şəxsi sənədləri və mobil telefonunu talayıb.

Qeyd edək ki, 63 yaşlı V.Muradova əvvəllər də məhkumluq həyatı yaşayıb.

7-02-2015, 21:57



Fikirlər