Türkiyə HHQ İraqın şimalında 8 terrorçunu məhv edib

Türkiyə HHQ İraqın şimalında 8 terrorçunu məhv edib

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında yerləşən Sinat-Haftanin, Metina və Hakurk regionlarında PKK terror qruplaşmasının mövqelərinə hava zərbələri endirib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, hava zərbələri nəticəsində 8 PKK terrorçusu məhv edilib.

Bundan əlavə, terrorçulara məxsus silah-sursat anbarları və sığınacaqlar məhv edilib.

Bildirilir ki, məhv edilən terrorçular Türkiyənin hərbi bazalarına hücumlar hazırlayırmışlar.

7-12-2018, 09:20



Fikirlər