264 yaşlı Sultan körpüsü

264 yaşlı Sultan körpüsüŞəmşəddil sultanlarından olan Sultan bəyin göstərişi ilə 1751-ci ildə Axınca çayının üzərində inşa olunan bu körpü vaxtilə 3 kəndi birləşdirib.

TTV (Region TV) xəbər verir ki, tikintidə kirəç torpaqdan, yumurtadan keçi yunundan, qoyun südündən çay daşları və kərpicdən istifadə olunub. Körpü inşa olunduqdan sonra heç vaxt uçmayıb. Kənd sakinləri deyir ki, Axınca çayına o vaxtlar tez-tez sel gəlirmiş. Buna baxmayaraq körpünün möhkəm təməli bunlara tab gətirə bilib. İndi isə körpü tarixi abidə kimi qorunur.

Məlumat üçün deyək ki, Sultan körpüsü hazırda tikintisi başa çatan Tovuzçay su anbarının layihəsinə düşüb. Körpünün tarixi əhəmiyyəti nəzərə alınaraq anbarın layihəsində dəyişiklik edilib, yaradılacaq süni gölün maksimum su səviyyəsini nəzərə alaraq körpünün ətrafında möhkəm bəndlər tikilib. Layihə çərçivəsində körpüdə restavrasiya işləri də aparılıb.

7-02-2015, 21:55



Fikirlər