Azərbaycan Kubokunda mövsümə start verilir

Azərbaycan Kubokunda mövsümə start verilir

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2018/19 mövsümünə start veriləcək.

Realnews.Az sport24.az-a istinadən xəbər verir ki, 8 komandanın iştirakı ilə keçiriləcək 1/8 final mərhələsində 4 oyun baş tutacaq.

Bu mərhələdə üz-üzə gələcək cütlərdən yalnız biri əvvəllər kubokda görüşüb. Söhbət "Şüvəlan" - "Keşlə" cütündən gedir. Lakin bu klublar da əvvəlki adlarının dövründə qarşılaşıblar. 2010/11 mövsümündə "Şüvəlan" AZAL, "Keşlə" isə "İnter" adlandığı zaman üz-üzə gəlib. Yarımfinalda qarşılaşan komandaların duelində ilk oyun qolsuz başa çatsa da, cavab görüşündə "İnter" 1:0 hesabıyla qalib gəlməklə finala yüksəlib. Elə bu dəfə də elitada mübarizə aparan "Keşlə"nin mərhələ adlaması gözlənilir.

Digər cütlər isə tarixlərində ilk dəfə ölkə kubokunda üz-üzə gəlirlər. "Sabah" "Ağsu"nu, "Sumqayıt" "Qaradağ Lökbatan"ı, "Səbail" də "Kəpəz"i mübarizədən kənarlaşdırmağa çalışacaq.

Azərbaycan Kuboku
1/8 final mərhələsi
6 dekabr

Ağsu - Sabah
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Müslüm Əliyev, İnqilab Məmmədov.
Ağsu şəhər stadionu, 13:30.

Kəpəz - Səbail
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elxan Əsgərzadə, Rəşad Əhmədov.
Gəncə şəhər stadionu, 13:30

Qaradağ Lökbatan - Sumqayıt
Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Pərvin Talıbov, Vüqar Həsənli.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 13:30.

Şüvəlan - Keşlə
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Nicat İsmayıllı.
Şüvəlan. "AZAL Arena", 17:00.

6-12-2018, 09:50



Fikirlər