Bu gün paytaxtda və rayonlarda hava necə olacaq?

Bu gün paytaxtda və rayonlarda hava necə olacaq?

Bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatda qeyd olunur.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 11-14, Bakıda gecə 7-9, gündüz 11-13 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə bu gün havanın, əsasən, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gecəyə doğru yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti təşkil edəcək.

6-12-2018, 09:40



Fikirlər