Bakıda daha bir süpürgəçi faciəsi: vəziyyəti ağırdır

Bakıda daha bir süpürgəçi faciəsi: vəziyyəti ağırdır

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Realnews.Az Trend-ə istinadən xəbər verir ki, hadisə səhər saat 07 radələrində paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində "Bağırov" körpüsünün yaxınlığında baş verib.

Ərazidə təmizlik işləri aparan süpürgəçi qadın, 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızı naməlum avtomobil tərəfindən vurulub.

Hadisə nəticəsində ağır xəsarət alan A.Muradova 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, xəstənin vəziyyəti ağırdır və reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

6-12-2018, 09:32



Fikirlər