Hərbi vəziyyət üzündən ÇL-nın oyununun yeri dəyişdirildi

Hərbi vəziyyət üzündən ÇL-nın oyununun yeri dəyişdirildi

UEFA Çempionlar Liqasının qrup mərhələsinin "Şaxtyor" - "Lion" oyununun yeri dəyişdirilib.

Realnews.Az oxu.az-a istinadən bildirir ki, buna səbəb Xarkov vilayətinin hərbi rejim vəziyyətinin tətbiq edildiyi ərazilər siyahısında yer almasıdır.

Qərara alınıb ki, qarşılaşma paytaxt Kiyevdə keçiriləcək.

Qeyd edək ki, "Şaxtyor" - "Lion" matçı dekabrın 12-də baş tutacaq.

5-12-2018, 10:06



Fikirlər