Rusiyada Fərman Salmanovun adını daşıyacaq aeroport məlum oldu

Rusiyada Fərman Salmanovun adını daşıyacaq aeroport məlum oldu

"Rusiyanın dahi adları” layihəsi çərçivəsində ölkənin 47 aeroportuna görkəmli şəxslərin adlarının verilməsinə dair keçirilən ümumxalq səsvermənin nəticələri açıqlanıb.

Realnews.az oxu.az-a istinadən xəbər verir ki, nəticəyə əsasən, Surqut aeroportu əfsanəvi azərbaycanlı geoloq Fərman Salmanovun adını daşıyacaq.

Qeyd edək ki, Surqut aeroportu Xantı-Mansiysk muxtar dairəsinin ən böyük beynəlxalq hava limanıdır.

Xantı-Mansiysk muxtar dairəsinin iki aeroportu – Nijnivartovsk və Surqut F. Salmanovun adını daşımaq uğrunda mübarizə aparıb. Səsvermənin nəticələrinə əsasən, səslərin əksəriyyətini Surqut hava limanı toplayıb.

5-12-2018, 09:43



Fikirlər