Lavrov çətin vəziyyətdə - Mikrofon işləmədi, işıqlar söndü+ Video

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Moskvada Beynəlxalq Könüllülər Forumunda çıxış edərkən gözlənilməz hadisə baş verib.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən xəbərinə görə, XİN rəhbəri çıxış edərkən qəflətən mikrofon sönüb. Nazir texniki heyətin köməyini gözlədiyi zaman isə səhnədə işıqlar sönüb. Bu proses 3 dəqiqə davam edib.

Baş verənlərdən sonra Lavrov salonu tərk edib.

4-12-2018, 15:03



Fikirlər