Azərbaycanda brakonyerlik edən ərəblər saxlanıldı, minlərlə manat cərimə edildilər

Azərbaycanda brakonyerlik edən ərəblər saxlanıldı, minlərlə manat cərimə edildilər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı Biləsuvar rayonu ərazisində icazəsiz ov edən əcnəbi vətəndaşlar saxlanılıb.

Nazirlikdən verilən məlumata görə, araşdırma zamanı brakonyerlərin Qətər vətəndaşı Xalid Abdulla Al-tani (Khalid Abdulla Al-tani) və Səudiyyə Ərəbistanı vətəndaşı Alğamadi Əli Cəmil (Alghamadi Ali Jameel) olduğu müəyyən edilib. Onlardan adı Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na düşən bəzgək quşları götürülüb və təbiətə buraxılıb. Faktla bağlı brakonyerlər barəsində akt, protokol tərtib olunub və onlara ümumilikdə 5980 manat məbləğində ziyan və cərimə tətbiq edilib.

Masallı rayonunda keçirilən reyd zamanı isə icazəsiz ova cəhd edən Sığıncaq kənd sakini Amid Hacıyev saxlanılıb və ondan ov tüfəngi götürülüb. Faktla bağlı brakonyer barəsində akt, protokol tərtib olunub və ona 1000 manat məbləğində cərimə tətbiq edilib.

30-11-2018, 11:17



Fikirlər