İstanbulda biznes mərkəzində yanğın

İstanbulda biznes mərkəzində yanğın

Türkiyənin İstanbul şəhərində biznes mərkəzində yanğın baş verib.

Realnews.Az Trend-ə istinadən xəbər verir ki, yanğın Şişli rayonunda yerləşən 17 mərtəbəli binanın 7-ci mərtəbəsindəki havalandırma sistemində qeydə alınıb.

Hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb edilib.

Binadan 10 nəfər təxliyə olunub.

30-11-2018, 10:33



Fikirlər