Günün ikinci yarısında hava şəraiti kəskin dəyişəcək - Yağış, qar...

Günün ikinci yarısında hava şəraiti kəskin dəyişəcək - Yağış, qar...

Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün günün ikinci yarısından noyabrın 30-u gündüzədək güclü şimal-qərb küləyi əsəcək, arabir şiddətlənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında noyabrın 30-dan dekabrın 02-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Bu gün gündüzdən 30-u gündüzədək qərb küləyi ayrı-ayrı yerlərdə güclü olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

29-11-2018, 09:21



Fikirlər