Goranboyda avtomobilin vurduğu piyada xəstəxanada öldü

Goranboyda avtomobilin vurduğu piyada xəstəxanada öldü

Goranboy rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Realnews.Az Report-a istinadən xəbər verir ki, hadisə Veysli kəndində qeydə alınıb.

Belə ki, avtomobil 1957-ci il təvəllüdlü Əjdər İsmayıl oğlu Quliyevi vurub. Ağır xəsarət alan piyada Goranboy Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, Ə.Quliyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

24-11-2018, 12:38



Fikirlər