Komitə sədri: "Antisemitizm hallarına yol verməyən yeganə dövlətik"

Komitə sədri: "Antisemitizm hallarına yol verməyən yeganə dövlətik"













Bakıda səfərdə olan Amerika Yəhudi Komitəsinin (AYK) İcraçı direktoru Devid Harrisin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirib. Komitədən Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, Azərbaycan-ABŞ, Azərbaycan-İsrail münasibətlərinin inkişafında təşkilatın rolu, eləcə də Dövlət Komitəsi ilə AYK arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib ki, Amerika Yəhudi Komitəsi Azərbaycan-ABŞ, Azərbaycan-İsrail əlaqələrinin, eləcə də Azərbaycan və yəhudi icmaları arasında münasibətlərin inkişafında, həmçinin Azərbaycanın səsinin dünyaya çatdırılmasında xüsusi rol oynayır.

Daha sonra Azərbaycandakı tolerantlıq münasibətə toxunan N. İbrahimov qonaqların diqqətinə çatdırıb ki, Azərbaycan dünyada yəhudilərə qarşı bir dəfə də olsun antisemitizm hallarına yol verməyən yeganə dövlətdir.
AYK-nin İcraçı direktoru isə D.Harris isə uzun illərdən bəri Azərbaycanda mövcud olan yəhudi icmasına münasibətin yüksək səviyyədə olmasının rəğbət doğurduğunu vurğulayıb.

O, Azərbaycan-ABŞ münasibətlərinin, eyni zamanda, İsrailin dostu kimi Azərbaycanla İsrailin ikitərəfli əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluq ifadə edib. O, həmçinin Azərbaycanın dünyaya daha çox tanıdılmasına ehtiyac duyulduğunu vurğulayıb.
Daha sonra tərəflər müntəzəm görüşlərin keçirilməsinin əhəmiyyətini qeyd edib, bu görüşlərin ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyini bildiriblər. Görüşdə həmçinin Dövlət Komitəsi ilə AYK arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

3-02-2015, 21:48



Fikirlər