Asensiodan etiraf: "Real əvvəlki səviyyədə deyil"

Asensiodan etiraf: "Real əvvəlki səviyyədə deyil"

"Real"ın yarımmüdafiəçisi Marko Asensio klubdakı rolundan danışıb.

Realnews.Az goal.az-a istinadən xəbər verir ki, futbolçu təzyiqlərə məruz qaldığını deyib:

"Komandam üçün əlimdən gələni etməyə çalışıram. Əmin olmaq istəyirm ki, komandaya lazımam. Hamı təzyiq edir. Yaxşı oynayanda deyirlər ki, əla futbolçusan. Elə ki, bir az pis çıxış etdin, təzyiqlər, tənqidlər başlayır. Real əvvəlki səviyyədə deyil. Bunu etiraf etmək lazımdır. Amma vəziyyət dəyişəcək. "Kral klubu" zəif deyil. Əldə etdiyi uğurlar belə deməyə əsas verir".

16-11-2018, 17:35



Fikirlər