Flora Kərimovadan protokol qaydalarını pozması ilə bağlı iradlara sərt münasibət

Flora Kərimovadan protokol qaydalarını pozması ilə bağlı iradlara sərt münasibət

Mərhum aktrisa Amaliya Pənahova ilə vida mərasimində Xalq artisti Flora Kərimova protokol qaydalarını pozması ilə bağlı Unikal.org-da yayımlanan xəbərə münasibət bildirib. Məlumatda deyilir ki, F.Kərimova mərasimə gec gəldiyindən çıxış üçün səhnəyə gedən mədəniyyət naziri Əbülfəs Qarayevin yerində əyləşib.

F.Kərimova Unikal.org-a zəng edərək bildirib ki, protokol qaydalarını pozmayıb:

"Əvvala, mən hardan bilim ki, kim harda oturub? Sözügedən yerdə özbaşına oturmamışam. Bu işi həyata keçirən şəxslər var idi. Zala girəndə həmin yeri nəzarətçilərdən biri təklif etdi və mən də gedib sözügedən yerdə oturdum. Əgər nəzarətçi yeri göstərirsə, bu necə protokol qaydalarının pozulması sayıla bilər? Məndən əvvəl nazirin orada oturmasına gəlincə bu məsələyə də belə aydınlıq gətirəcəm. Görüntülər də var. Məndən əvvəl bəli, nazir orada oturub. Amma, Ə.Qarayev sözügedən yerdən durduqdan sonra səhnədə çıxıb çıxış etdi, alqışladılar və o, hamı kimi cənazənin arxasınca zaldan çıxdı. Mənim 78 yaşım var. Bu yaşda mənə nə olub ki, yalan danışım! İcazə vermərəm ki, kimsə mənəviyyatıma toxunsun”.

Qeyd edək ki, mərhum aktrisa Amaliya Pənahovanın vida mərasimində xalq yazıçısı Elçin Əfəndiyevlə xalq artisti Flora Kərimova arasında anlaşılmazlıq yaşanıb.

14-11-2018, 16:11



Fikirlər