Azərbaycanda yeni dərsin keçirilməsi təklif olunur

Azərbaycanda yeni dərsin keçirilməsi təklif olunur















"Azərbaycanda uşaq bağçalarında və orta məktəblərdə yeni fənnin tədrisi təklif edilir"
Trend-in məlumatına görə, bu barədə təklifi Milli Məclisin bu gün keçirilən iclasında deputat Elmira Axundova deyib.

E.Axundova qeyd edib ki, piyadalar yol hərəkəti qaydalarını pozmağa görə sürücülərdən geri qalmırlar: “Ona görə də hər gün yol qəzalarının baş verməsini müşahidə edirik”.

Millət vəkili bağçaların yuxarı qruplarında və orta məktəbin ibtidai siniflərində tədris olunmaqdan ötrü Təhsil Nazirliyi tərəfindən məktəbəqədər və orta məktəblərin tədris proqramlarına “Yol hərəkəti qaydaları və yol mədəniyyəti” adlı dərslərin də əlavə olunmasını təklif edib.

Deputat hesab edir ki, bu dərslər həmin təhsil ocaqlarında məcburi şəkildə keçirilməlidir: “Mənim təklifim həmin dərsin həftədə heç olmasa, bir dəfə məcburi qaydada keçirilməsidir. Belə olan halda bütün uşaq və yeniyetmələrimiz kiçik yaşlarından bu biliklərə yiyələnəcəklər və gələcəkdə yol mədəniyyətini mənimsəmiş, qayda-qanuna riayət edən sürücü və piyadalara çevriləcəklər”.

2-02-2015, 21:44



Fikirlər