Bakının bu prospektində sürət həddi azaldıldı

Bakının bu prospektində sürət həddi azaldıldı

Bakıda qeyri-sabit hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospektində sürət həddi azaldılıb.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib:

"Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik".

12-11-2018, 10:29



Fikirlər