Şabranda qəza: yaralılar var

Milli.Az Regional TV-yə (Region TV) istinadən xəbər verir ki, bu gün günorta saatlarında Şabran rayonunda yol nəqliyyat hadisəsi baş verib. Hadisə Şabran-Ərəblər yolunun 1-ci km-liyində qeydə alınıb.

Abbasov Ceyhun Cəfər oğlunun idarə etdiyi 90 EC 102 dövlət nömrə nişanlı “Mercedes” markalı maşınla Nadirşah Ağayevin idarə etdiyi 21 BD 091 dövlət qeydiyyatlı “Niva” markalı minik maşını toqquşub. Qəzadan sonra “Niva” deformasiyaya uğrayıb, sürücü maşında sıxılmış vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin yardımı ilə sürücü maşından çıxarılıb. Hər iki maşının sürücüsü müxtəlif bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Şabran MRX-dan verilən məlumata görə, xəsarət alan şəxslərin vəziyyəti orta-ağırdır. Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Söhbət Talıbovun sözlərinə görə, hadisəyə səbəb “Mercedes”in “Niva”nın yoluna çıxması olub.

Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.Şabranda qəza: yaralılar var

1-02-2015, 22:39



Fikirlər