Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiqləndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiqləndi

Nazirlər Kabineti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının tərkibini təsdiqləyib.

Realnews.Az Trend-ə istinadən xəbər verir ki, bu qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, kollegiyanın tərkibi aşağıdakı kimidir:

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri kollegiyanın sədri,

Ekologiya və təbii sərvətlər nazirinin müavinləri;

Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri;

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının rəhbəri;

Nazirliyin Aparatının ətraf mühit siyasəti, ekoloji vəziyyətin təhlili və qiymətləndirilməsi şöbəsinin müdiri;

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri;

Nazirlik Aparatının ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri;

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru;

Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi.

8-11-2018, 10:28



Fikirlər