Makrona hücumun qarşısı alındı - 6 nəfər saxlanılıb

Makrona hücumun qarşısı alındı - 6 nəfər saxlanılıb
Fransada təhlükəsizlik əməkdaşları ölkə prezidenti Emmanuel Makrona hücum planlaşdıran 6 nəfəri saxlayıblar.

Realnews.Az-ın Trend-ə istinadən məlumatına görə, saxlanılanların radikal görüşlü şəxslər olduğu bildirilir.

Məlumata görə, xüsusi əməliyyatlar İzer, İl-Vilen və Mozel departamentlərində keçirilib.

Hazırda saxlanılan şəxslərlə bağlı araşdırma aparılır.

6-11-2018, 17:07



Fikirlər