Şəmkirdə yol kənarında kişi meyiti tapıldı - Bədənində xəsarət izləri olub

Şəmkirdə yol kənarında kişi meyiti tapıldı - Bədənində xəsarət izləri olub

Şəmkir rayonunda üzərində xəsarətlər olan kişi meyiti tapılıb.

Realnews.az report-a istinadən xəbər verir ki, ötən gecə rayonun Kür qəsəbəsində, yolun kənarında tapılan meyit muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə yerləşdirilib.

Məlum olub ki, ölən şəxs, Şəmkir rayon sakini, 1978-ci il təvəllüdlü Səfərov Zahid İbrahim oğludur. Müayinə zamanı onun bədənində xəsarət izləri olduğu da məlum olub.

İlkin ehtimallara görə, Z.Səfərov avtomobil vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır

2-11-2018, 10:23



Fikirlər