Bakı metrosunda yenə problem yarandı - Qatarlar niyə gecikib? - AÇIQLAMA

Bakı metrosunda yenə problem yarandı - Qatarlar niyə gecikib? - AÇIQLAMA

Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkəti ləngiyib.

Milli.Az xəbər verir ki, bu barədə report-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, ləngiməyə səbəb "Dərnəgül" - "Həzi Aslanov" istiqamətində hərəkət edən qatarda texniki problemin yaranması olub: "Maşinist həmin problemi 4 dəqiqəyə aradan qaldırıb. Buna görə də, ümumi hərəkətdə ləngimə yaranıb. "Dərnəgül" - "Həzi Aslanov" marşrutu üzrə hərəkət edən sərnişin çox olduğu üçün orada ləngimə daha çox hiss edilib, "Həzi Aslanov" - "İçərişəhər" marşrutunda isə, demək olar ki, hiss edilməyib".

2-11-2018, 09:44



Fikirlər